Dik Advokat: Səmədov Messi olsaydı...
10.10.2011 - 10:03
“Səmədovu çağırmaqda məqsədimin Azərbaycan yığmasında oynamaq imkanından məhrum etmək üçün yalnız Andorra ilə görüşdə oynatmağım məqsədəuyğun deyil. Axı o, Azərbaycanın təklifini qəbul etməsinin mümkünlüyü ilə şayiələr artıq yarım ildir gəzirdi! Niyə mən onda, xeyli əvvəl bunun qayğısına qalmadım?”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiya milli komandasının baş məşqçisi Dik Advokat deyib. Hollandiyalı mütəxəssis əslən Azərbaycandan olan futbolçu Aleksandr Səmədovu Avro-2012-in seçmə mərhələsində Slovakiya və Andorra yığmaları ilə oyunlara çağırmaqla, onu millimizdə oynamaq şansının üstündən xətt çəkdi. Bunu məhz indi edilməyi xeyli müzakirələr səbəb oldu. Axı Səmədov AFFA-nın baş katibi Elxan Məmmədovun onunla Moskvada görüşündən sonra nəhayət, ilk dəfə Rusiyanın əsas yığmasından dəvət aldı.
Məsələyə qayıdan Advokat Moskva “Dinamo”sunda oynayan soydaşımızı dünyanın ən güclü futbolçusu Lionel Messi ilə müqayisə edib: “Səmədovu bütün hörmətim qarşılığında onun Messi olmadığını deməliyəm. Əgər o, Messi olsaydı, mən bunu 2 il əvvəl edərdim. Ancaq yaxşı ki, mən belə ehtimalları oxumuram və bundan gələn neqativ enerji mənə təsir etmir. Əgər kimsə yenə də düşünür ki, mən Səmədovu mətbuatda tez-tez xatırlanan bu mövzuya görə çağırmışam, qarşılıqlı sual verirəm: onda Bulıkini niyə çağırmadım? Deyilənə görə, onun haqda az eşitməmişəm”.
Çalışdırıcı Aleksandrın məşqdə özünü necə aparmağından və Andorra ilə sabahkı görüşdə daha çox meydanda olmasına da toxunub: “O, məşqdə özünü yaxşı aparıb. Ancaq istənilən halda, böyüməlidir. Hesab edirəm ki, “Dinamo”nun məşqçisi də ona belə deyir. Eşidin, biz hələ əsas vəzifəni yerinə yetirməmişik! Buna görə də heyətdə könüllü dəyişiklərə əsas görmürəm. Onlar yalnız məcburi – cəza və zədə üzündən olacaq”.
Qeyd edək ki, Səmədov Slovakiya ilə oyunun uzatma dəqiqələrində meydana çıxıb.

0
0