Qus Hiddink Azərbaycana qalib gəlsə belə, qovulacaq
10.10.2011 - 10:26
Türkiyə Futbol Federasiyası (TFF) milli komandasının baş məşqçisi Qus Hiddinklə yollarını ayırır. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “ay-ulduzlular”ın Avro-2012-in seçmə mərhələsində yığmamızla sabahkı ev oyunu postunda sonuncu görüşü olacaq. TFF rəhbərliyi millisi pley-offa vəsiqə qazansa belə, Hiddinki istefaya göndərməyi qərara alıb. İldə 6 milyon avro alan çalışdırıcıdan təzminat qarşılığında yaxasını qurtaracaq.
Hiddinki əvəzləyəcək mütəxəssisin adı bəllidir. Belə ki, əvvəllər Türkiyənin aşağı yaş qruplarında işləmiş, 17 yaşlılardan ibarət yığmanı Avropa çempionu edən və “İstanbul Böyükşəhir Bələdiyyəspor”un 5 ildir uğurlu davam etdirən Abdullah Avçıya təklif göndəriləcək. Klubun sabiq prezidenti, TFF-in prezident köməkçisi Göksəl Gümüşdağın keçmiş çalışdırıcısını razılaşdıracağı bildirilir.

0
0