Mahir Şükürov: Türkiyə ilə oyunda sürpriz ola bilər
10.10.2011 - 10:32
“Sözsüz ki, Türkiyə ilə qarşılaşma ağır olacaq. Bakıdakı oyunda qələbə qazanmışdıq, bu nəticəni İstanbulda da təkrarlamaq istəyirik”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürov deyib.
Cəza səbəbindən Avstriya ilə Bakıda keçirilən oyunda iştirak etməyən cinah futbolçusu Türkiyə ilə görüşdə meydandakı yerini tutacaq. O bildirib ki, Bakıya yaxşı nəticə ilə qayıtmağa çalışacaqlar: “Bu, futboldur, hər an sürpriz ola bilər. Bura uduzmaq üçün gəlməmişik. Çalışacağıq ki, özümüzü yaxşı tərəfdən göstərək”.
Avstriya ilə matçda baş verənlər haqda da danışan futbolçu bu məğlubiyyəti unutmağın vacibliyinə toxunub: “Düzdür, Avstriya ilə oyunda yaxşı oynamadıq. Qırmızı vərəqədən sonra isə oyunumuz sındı. Bu görüşü unutmalıyıq. Türkiyə ilə matçda meydana fərqli Azərbaycan yığması çıxacaq”.

0
0