Ağayev Rusiyada qıcıq mənbəyinə çevrilib
10.10.2011 - 10:50
“Əlbəttə ki, qələbəni əldən verməyimiz üzücüdür. Amma nə etmək olar, futbolçularımız konsentrasiyasını bir az itirdilər. Bu məsələni təhlil edəcəyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının sabiq futbolçusu Emin Ağayev deyib.
Rusiyanın II divizionunun Cənub zonasında çıxış edən “Daqdizel” klubunun baş məşqçisi olan həmyerlimiz 23-cü turun “Astraxan”la oyunu haqda fikirlərini açıqlayıb: “Etiraf edim ki, yetirmələrim də ortabab səviyyədə oynadılar. Yalnız qapıçımız nisbətən xoş təsir bağışladı. Düzdür, belə rəqibdən səfərdə 1 xal almaq da yaxşıdır. Lakin mən oyun və nəticədən narazı qaldım. Mən bir şeyi başa düşə bilmirəm ki, niyə hamı bizimlə oyunlarda 2 qat qüvvə ilə oynayır. Elə təəssürat yaranır ki, biz rəqiblər üçün əsas qıcıq mənbəyinə çevrilmişik”.
Qeyd edək ki, son 4 matçda qalib gələn Kaspiysk təmsilçisi son matçda 1 xalla kifayətlənib – 1:1.

0
0