Cavadov Teveslə müqayisə olundu
10.10.2011 - 11:08
Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadova ad qoydular. Apasport.az saytının məlumatına görə, ukraynalı həmkarlarımız millimizdə çıxışını davam etdirməkdən imtina edən 22 yaşlı hücumçunu məşhur argentinalı həmkarı Karlos Teves adlandırıblar. Yəni Ukrayna mətbuatında Vaqiflə bağlı yaxının sərlövhəsinin “Azərbaycanlı “Teves” yığmadan qovuldu” olmağı diqqəti çəkir və bu, müqayisə obyektinə çevrilib. Orada Cavadovun Avro-2012-in seçmə mərhələsində Avstriya ilə görüşdə əvəzləndikdən sonra Foqtsdan bunu hesabını soruşmağı və zəif oynadığını eşidincə, əşyalarını götürərək, millinin düşərgəsindən özbaşına getməyi göstərilib.
“Mançester Siti”nin kapitanı olmuş Teves də baş məşqçisi ilə əvəzlənməyə görə dalaşmışdı. Ancaq fərq ondadır ki, Karlos Çempionlar Liqasının qrup mərhələsində “Bavariya” ilə səfər oyununda baş məşqçisi Roberto Mançininin onu 2-ci hissədə meydana buraxmağına etiraz əlaməti olaraq bundan imtina etmişdi. Nəticədə italyan çalışdırıcı futbolçunun qovulmağı ilə bağlı göstəriş vermişdi.

0
0