Türkiyə - Azərbaycan oyunu canlı yayımlanmaya bilər
10.10.2011 - 11:03
Türkiyə - Azərbaycan oyunu canlı yayımlanmaya bilər
Avro-2012-nin seçmə mərhələsində keçiriləcək Türkiyə - Azərbaycan oyununun ölkəmizdə canlı yayımlanması hələ təsdiqlənməyib. Apasport.az saytının məlumatına görə, ölkəmizdə fəaliyyət göstərən teleşirkətlərinin yayım hüququ olan şirkətlə danışıqları indiyə qədər müsbət həllini tapmayıb.

Qeyd edək ki, oyunun startına kimi danışıqların müsbət nəticə verəcəyi istisna olunmur.

Mənbə: affa.az