AFFA seçimə başladı: Tıq-Tıq xanım, yoxsa...
10.10.2011 - 13:25
Azərbaycan 2012-ci ilin 22 sentyabr – 13 oktyabr tarixləri arasında keçiriləcək FIFA U-17 qadınlararası dünya çempionatının talismanı – maskotunun adı ilə bağlı müsabiqəyə start verilib. Apasport.az saytının məlumatına görə, maskot xüsusi kostyum geyinmiş unikal bir xarakterdir ki, çempionata rəng qatır və yerli komandaya uğur gətirdiyinə inanılır.
FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin maskotu olan milli paltar geyinmiş qız Avro-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 7-də, AFFA Futbol mərkəzindəki “Dalğa Arena”da keçirilmiş Azərbaycan – Avstriya oyunu zamanı ictimaiyyətə təqdim olunub. Lakin maskotun adı hələ yoxdur və ona ad qoymaq üçün sizi sınağa çəkmək istəyirik! Əgər maskot üçün maraqlı və unikal bir ad düşünürsünüzsə, müsabiqədə iştirak edin və qalib gəlmək şansı qazanın.
Maskota ad qoymaq üçün şərtlər bunlardır:
1. Maskotun adı unikal olmalıdır. Plagiat olmamalıdır. Məsələn, Trinidad və Tobaqoda keçirilən DÇ-dəki “Triniti”.
2. Ad bir və ya bir neçə sözdən ibarət ola bilər. Əgər bir söz qız adıdırsa, ada unikallıq vermək üçün mütləq ikinci hissə də əlavə olunmalıdır. Məsələn, Almaniyada keçirilən DÇ-dəki Karla Kik.
3. Maskot adının futbolla və dünya çempionatı ilə əlaqəsi olmalıdır. Məsələn, Cənubi Afrikadakı DÇ-da ZAKUMİ (ZA “Cənubi Afrika” deməkdir, “kumi” isə bir neçə Afrika dilində “on” mənasını verir).
Müsabiqədə hamı iştirak edə bilər. Bir nəfər bir və ya bir neçə ad təklifi irəli sürə bilər. Düşündüyünüz maskot adını öz adınız, soyadınız, doğum tarixiniz və şəxsiyyət vəsiqənizin nömrəsi ilə bərabər [email protected] ünvanına göndərə bilərsiniz.
Qeyd edək ki, talisman məsələsi gündəmə gələn gündən apasport.az saytı onun Tıq-tıq xanım olmasını təklif edib.
Mənbə: affa.az

0
0