“Azərbaycanı yenib, pley-offda oynayacağımızı haqq etdiyimizi düşünürəm”
10.10.2011 - 13:32
“Səmimi olmaq lazımsa, Avropa çempionatına getməyi xəyal edirəm. Önəmli bir dövrdəyik, o atmosferi yaşamaq istəyirik. Nə etdiyimi deyil, oraya getməyi hədəfləyirəm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Türkiyə yığmasının futbolçusu Burak Yılmaz deyib. “Trabzonspor”un hücumçusu Avro-2012-in seçmə mərhələsində Almaniya ilə görüşdə məğlubiyyətin əvəzini Azərbaycan yığması ilə sabahkı ev oyununda çıxmaq istəyir.
Burakın fikrincə, yenidən qrupda 2-ci yerə yüksəlib, pley-offa vəsiqə qazanmağa layiqdirlər: “Həqiqəti danışmaq lazımsa, Almaniya bizdən çox üstün oynadı. Amma bu, yenilməz komanda deyildi. Vəziyyətləri dəyərləndirsəydik, fərqli olardı. Oyunun gedişi ilə birlikdə hər şey onların lehinə döndü. Onları yenmək üçün bir az fərqli olmaq, dəyişmək lazımdır. Amma biz bunu göstərmədik. İnşallah, Azərbaycanı yenib, pley-off oyunlarında oynayacağımız haqq etdiyimiz düşünürəm”.

0
0