Yığmamız oktyabrın 11-də qol vura bilmir
10.10.2011 - 14:20
Yığmamız oktyabrın 11-də qol vura bilmir
Azərbaycan milli komandası Avro-2012-nin seçmə mərhələsinə özü üçün uğursuz tarixdə başa vuracaq. Apasport.az saytının məlumatına görə, Türkiyə ilə oktyabrın 11-də İstanbulda keçiriləcək matç həmin günə təsadüf edən 7-ci matçımız olacaq. Yığmamız bu tarixdəki bütün qarşılaşmalarda uduzub və hətta qol da vura bilməyib. Özü də 11 il əvvəl elə Türkiyə yığmasına uduzmuşuq.

1995 İsrail 0:2 (s)
1997 İsveçrə 0:5 (s)
2000 Türkiyə 0:1 (e)
2003 İtaliya 0:4 (s)
2006 Belçika 0:3 (s)
2008 Finlandiya 0:1 (s)

Millimizdən fərqli Türkiyə üçün 11 oktyabr tarixi uğurlu alınıb. 42 il əvvəl SSRİ millisi qarşısında darmadağın olan türkiyəlilər sonrakı +6 matçda heç kimə uduzmayıb. Hətta İngiltərə və Hollandiya da 10-cu ayın 11-ci günündə Türkiyədən üstün olmayıb.

1969 SSRİ 0:3 (s)
1995 İslandiya 0:0 (s)
1997 Hollandiya 0:0 (s)
2000 Azərbaycan 1:0 (s)
2003 İngiltərə 0:0 (e)
2008 Bosniya və Herseqovina 2:1 (e)
2006 Moldova 5:0 (e)