Mehmet Topal: Azərbaycanla oyun ya tamam, ya davam matçı olacaq
10.10.2011 - 14:33
Türkiyə milli komandasının futbolçusu Mehmet Topal Avro-2012-in seçmə mərhələsində Azərbaycan yığması ilə sabahkı oyunun əhəmiyyətindən danışıb. Apasport.az saytının məlumatına görə, bu gün keçirilən mətbuat konfransında iştirak edən “Valensiya”nın yarımmüdafiəçisi seçmə mərhələdə son görüşü həlledici sayır.
Mehmet evdə qalib gəlib, Almaniyadan xoş xəbər gələcəyinə inanır: “Azərbaycanla oyun ya tamam, ya davam matçı olacaq. Biz futbolçular hər şeyin fərqindəyik. Almaniya ilə oyunda qalib gəlib, pley-off mərhələsinə vəsiqəni təmin etmək istədik. Ancaq bu, olmadı. Artıq sabah qazanıb, rəqibimiz Belçikanın Almaniya ilə səfər oyununda xal itirməyini gözləyəcəyik. İnşallah, Azərbaycanla görüşdə yaxşı bir futbol olar və qalib gələrik”.

0
0