“İnter” “Ksamaks”ın futbolçusunu transfer edib
10.10.2011 - 14:56
Bakının “İnter” klubu yeni futbolçu ilə müqavilə imzalayıb. Apasport.az saytının klubun rəsmi saytına istinadən məlumatına görə, “bankirlər” seneqallı yarımmüdafiəçi İbrahima Niasseni transfer edib. 23 yaşlı legioner ötən mövsümü İsveçrənin “Ksamaks” klubunun heyətində keçirib. “İnter”in sıralarına azad agent statusu ilə qatılan oyunçu ilə növbəti ilin yanvarına kimi anlaşılıb. Müqavilənin müddətinin uzadılması mümkündür.
Qeyd edək ki, qaydaya əsasən “transfer pəncərəsi” bağlanan müddətdə sərbəst futbolçuları almaq olar.
Qeyd edək ki, qaydaya əsasən “transfer pəncərəsi” bağlanan müddətdə sərbəst futbolçuları almaq olar.
0
0