“Qalatasaray”ın futbolçusu qısaqol köynəyə görə həbs olundu
10.10.2011 - 15:14
Müqavilə ilə Türkiyənin “Qalatasaray” klubuna məxsus olan Xuan Pablo Pino kuryoz hadisnin qurbanı olub. Apasport.az saytının məlumatına görə, Səudiyyə Ərəbistanının dini polisi icarə əsasında “Əl-Nəsr”də çıxış edən kolumbiyalını həbs edib. Buna futbolçunun ictimai yerdə qısaqol köynəklə gəzməyi səbəb olub.
Hamilə həyat yoldaşı ilə ticarət mərkəzində alış-veriş edən Pino geyiminin bəlasına düşüb. Onu və xanımını saxlayaraq polis bölməsinə aparıblar. Məsələyə müdaxilə edən klub rəsmiləri kolumbiyalıları azadlığa çıxara bilib. Lakin Pinonun xanımı bu ölkədə qalmaq istəmədiyindən ərini də Səudiyyə Ərəbistanını tərk etməyə məcbur edib. Klub rəhbərliyi və Pinonun özü də qadını yola gətrə bilməyiblər.

0
0