Berti Foqts: Nə qədər ki, burdayam, Vaqif millidə olmayacaq
10.10.2011 - 15:25
İlk öncə şadam ki, Türkiyəyə qarşı oynayacağıq, belə böyük bir stadiona komanda çıxarmaq mənim üçün fəxrdir”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.
O, Avro-2012-nin seçmə mərhələsinin sabah Türkiyə ilə keçiriləcək son oyunu haqda fikirlərini açıqlayıb: “Ümid edirəm ki, Türkiyə Azərbaycan üçün bir örnək, nümunədir. Türk futbolundakı inkişaf göz qabağındadır, stadionlar tikilir. Bizim isə başqa problem var, Avstriyaya qarşı azlıqda oynadıq. Amma oyunçuların durumu yaxşıdır, bunu məşqdə də gördüm. Oyunçularımız 4 günə 2 oyun keçirməyə adət etməyiblər. Çünki Azərbaycan çempionatında 3 gündən bir oynamağa öyrəşməyiblər”.
Almaniyalı mütəxəssis Bakıda qazanılan 1:0 hesablı qələbənin təsadüf olmadığını sübut etmək istədiklərini də bildirib: “Bakıda sensasion qələbə qazandıq. Komandam sürətli olmasa da, gözəl futbol oynaya bilir. Biz burda da özümüzü yaxşı göstəmək istəyirik. Komandamın oynaya bildiyini İstanbulda da sübut edək. Hesab edirəm ki, əvvəlki səfər oyunlarına baxanda, bu dəfə daha yaxşı oynayacaq. Təəssüf ki, ən gözəl hücumçumuz Rauf Əliyev bu dəfə bizə kömək edə bilməyəcək. Lakin Türkiyə də böyük təzyiq altında olacaq”.
Foqts bildirib ki, müdafiəyəmeylli oynasaq, şansımız olmayacaq: “Amma rəqibin zəif tərəfindən yararlana bilsək, sensasiya edə bilərik. Öz bacarıqlarını göstərməliyik. Türkiyə yığmasının zəif cəhəti yoxdur. Bakıda 10 saniyə diqqətsizlik etdiklərinə görə qol buraxdılar. Almaniya hazırda dünyanın ən güclü yığmasıdır. Ümidvaram ki, artıq Avropa çempionu olacaqlar.İstərdim ki, Türkiyə Avropa çempionatına vəsiqə qazansın. Amma deyə bilərəm ki, onları çox çətin 90 dəqiqə gözləyir. İnanıram ki, sabahkı oyunda əvvəlki səfər oyunlarına nəzərən yaxşı çıxış edəcək“.
Foqts Vaqif Cavadovun yığmanın düşərgəsini özbaşına tərk etməsinə də münasibət bildirib: “Vaqifi bağışlamaq? O, bu hərəkətlə ölkəsinə münasibətini göstərdi. Nə qədər ki, burdayam, Vaqif millidə olmayacaq”.

0
0