Əfran İsmayılov: Türkiyə yığmasına oyunu verməyə hazırlaşmırıq
10.10.2011 - 15:53
“Biz Türkiyə ilə matçda öz gücümüzü göstərmək istəyirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının futbolçusu Əfran İsmayılov deyib. 22 yaşlı yarımmüdafiəçi Avro-2012-in seçmə mərhələsində Türkiyə yığması ilə sabahkı səfər oyununda yaxşı nəticəyə ümid edir: “Öz oyunumuzu göstərməyə çalışacağıq. Bunu yaxşı nəticələr əldə edə biləcəyimiz üçün göstərməliyik. Türkiyənin pley-offa çıxmağını istəsək də, oyunu verməyə hazırlaşmırıq”.
0
0