Mahir Şükürov: Türkiyənin yığmamıza yuxarıdan aşağı baxmağı bizə də təsir edir
10.10.2011 - 16:17
Mahir Şükürov: Türkiyənin yığmamıza yuxarıdan aşağı baxmağı bizə də təsir edir
“Biz Türkiyə yığmasına evdə qalib gəlmişik. Ancaq bu dəfə səfərdə oynayacağıq və yenə qalib gələcəyimizi heç kim deyə bilməz. Futbolda hər şey olur”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürov deyib. Cəzasını başa çatan yığmamızın vitse-kapitanı Avro-2012-in seçmə mərhələsində sabahkı ev oyununda meydana çıxa biləcək. Avstriya ilə ev oyununda bu imkandan məhrum olan sağ cinah müdafiəçisi “ay-ulduzlular”ı üstün tutmayıb: “Türkiyə yığmasının Bakı ilə müqayisədə güclü oynayacağını düşünmürəm. Biz də onun Avropa çempionatına çıxmağını istəsək də, onlar belə oyunla uğur qazana bilməz. Türkiyə yığmasının bizə yuxarıdan aşağı baxmağı bizə də təsir edir. Fikrimcə, onlar evdə Almaniyaya qalib gəlməli idilər. Əgər buna nail ola bilmirlərsə, onlara Avropa çempionatında çətin olacaq”.