Bernard Lippert: Bu təsadüfi deyildi
11.10.2011 - 08:22
Bernard Lippert: Bu təsadüfi deyildi
“İlk yarım saat ərzində yüksək səviyyədə, çox gözəl oynadıq. Həmin zaman kəsiyində rəqibi 2 dəfə məyus etməyimiz təsadüfi deyildi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan U-21 yığmasının baş məşqçisi Bernard Lippert deyib.

Almaniyalı mütəxəssis Avro-2013-ün seçmə mərhələsinin Belçika ilə qarşılaşması (2:2) haqda fikirlərini bildirib: “Üstəlik, daha çox qol vurmaq imkanımız var idi. Təəssüf ki, futbolçularımız əlverişli vəziyyətlərdən yararlana bilmədilər. İlk qolu buraxmağımıza müdafiədəki adi ehtiyatsızlıq səbəb oldu. Bu qoldan ruhlanan rəqibimiz daha bir dəfə fərqlənərək məğlubiyyətdən qaçdı”.