“Yalnız müdafiə barədə düşünməyə məcbur idik”
11.10.2011 - 08:26
“Yalnız müdafiə barədə düşünməyə məcbur idik”
“Birinci hissədə Azərbaycan yığması çox yaxşı oynadı. Topsuz qaldığımız üçün yalnız müdafiə barədə düşünməyə məcbur idik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Belçika U-21 yığmasının baş məşqçisi Franki Dyuri deyib.

O, Avro-2013-ün seçmə mərhələsinin Azərbaycanla Bakıdakı oyunu (2:2) haqda fikirlərini açıqlayıb: “Bunun nəticəsində 2 qol buraxdıq. Ancaq fasilədən sonra oyuna nəzarəti ələ keçirməyə çalışdıq və hesabı bərabərləşdirdik. Futbolçularım daha sürətli oynasaydılar, bəlkə də nəticə başqa cür ola bilərdi”.