Rayan Giqqzə “Qızıl ayaq” verdilər
11.10.2011 - 08:40
Rayan Giqqzə “Qızıl ayaq” verdilər
İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Rayan Giqqz nüfuzlu “Golden Foot” (“Qızıl ayaq”) mükafatının sahibi olub. Apasport.az saytının məlumatına görə, Uels milli komandasının əfsanəsi yaşı 29-dan az olmayan, futbolun inkişafında özünəməxsus pay sahibi olan və karyerasında nəzərəçarpacaq nailiyyətlər qazanan futbolçular arasında ən yaxşı seçilib. Məşhur yarımmüdafiəçi səsvermədə Xavyer Zanetti, Samuel Eto’O və Xavi kimi oyunçuları üstələyib.

Qeyd edək ki, “Golden Foot” 2003-cü ildən təqdim olunan mükafta əvvəllər Roberto Bacco (2003), Pavel Nedved (2004), Andrey Şevçenko (2005), Ronaldo (2006), Alessandro del Pyero (2007), Roberto Karlos (2008), Ronaldinyo (2009) və Françesko Totti (2010) layiq görülüblər.