Yığmamız İtaliya ilə bacarmadı - YENİLƏNİB
11.10.2011 - 18:57
Bu gün 19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının yer aldığı VIII qrupda mübarizəyə artıq yekun vurulub.
İsveçdə yarışan Vəli Qasımovun yetirmələri İtaliya ilə matçda qüvvəsini sınayıb. Növbəti mərhələyə adlamaq üçün komandamıza uduzmamaq da kifayət olsa da, millimiz buna nail olmayıb. Belə ki, qapıçı Orxan Sadıqlı erkən qayda pozuntusu ilə həm komandamızı azlıqda qoyub. Həm də penalti “qazanıb”. Lakin azlıqda qalan komandamız bərabərlik qolunu vura bilib. Rəhman Hacıyevin penaltidən fərqlənməsi yığmamızı elit raunda çıxarırdı. Lakin 2-ci hissəyə 6 dəqiqə əlavə edən hakimin “köməyi” sayəsində italiyalılar qələbə qolunu vurub. Turun digər matçında artıq 1-ci yeri təmin edən Rumıniya yığması ilə İsveç qolsuz ayrılıblar. Bu millimizi 3-cü pillədə saxlayıb.
Qeyd edək ki, elit raunda 12 qrupun hər birində ilk 2 yeri tutan komanda, həmçinin ən yaxşı qrup 3-cüsü vəsiqə qazanır. Bütün qruplarda mübarizə başa çatmadığından ən yaxşı 3-cü məlum deyil. Lakin millimizin ən yaxşı olmayacağı dəqiqləşib, çünki mübarizə başa çatan qruplarda bizimkilərdən daha yaxşı göstəriciyə malik 3-cü yer sahibləri var.
11 oktyabr
18:00. Azərbaycan – İtaliya - 1:2
QOLLAR: Rəhman Hacıyev, 65 (pen) - Verre, 13 (pen), Çiçeretti, 90+3
Qırmızı vərəqə: Sadıqlı, 11
Hakim: Artur Soareş (Portuqaliya)
Qlenninqe Park stadionu. Laholm (İsveç)
18:00. İsveç – Rumıniya - 0:0
Hakim: Mark Stiven Uitbi (Uels)
Falkenberq stadionu. Falkenberq (İsveç)
1 Rumıniya 3 2 1 0 5-1 7
2 İtaliya 3 1 1 1 4-4 4
3 Azərbaycan 3 1 0 2 2-5 3
4 İsveç 3 0 2 1 1-2 2

0
0