Premyer Liqamızın bombardirinin qardaşı qarət olundu
11.10.2011 - 09:40
Premyer Liqamızın bombardirinin qardaşı qarət olundu
Uruqvay milli komandasının futbolçusu Edinson Kavani qarət olunub. Apasport.az saytının məlumatına görə, oğrular İtaliyanın “Napoli” klubunun hücumçusunun evinə basqın edərək, qiymətli əşyalar aparıblar. Kavani hazırda yığmasının heyətində DÇ-2014-ün seçmə mərhələ oyununun iştirakçısıdır. O, bu xəbəri telefonla alıb.

Qeyd edək ki, Edinson “İnter” və “Neftçi”də oynamış hücumçu Valter Quqlemonun kiçik qardaşıdır. Quqlemon “İnter”lə çempion olduğu 2008/09 mövsümündə Premyer Liqamızın bombardiri olub.