Azərbaycan çempionu “Barselona” ilə görüşəcək - YENİLƏNİB
11.10.2011 - 16:23
Azərbaycan çempionu “Barselona” ilə görüşəcək - YENİLƏNİB
Bu gün İsveçrənin Nyon şəhərində futzal üzrə UEFA kubokunun elit-raundunun püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, turnirdəki yeganə təmsilçimiz “Araz” püşkün nəticəsinə əsasən İspaniyanın “Barselona”, Hollandiyanın “Eyndhoven” və Çexiyanın “Xrudim” klubları ilə bir qrupda mübarizə aparacaq. Azərbaycan çempionunun yer aldığı B qrupunun oyunları İspaniyanın Barselona şəhərində keçiriləcək.

A qrupu
“Kayrat” (Qazaxıstan)
“Ekonomats” (Serbiya)
“Şatelino” (Belçika)
“Dinamo” (Moskva, Rusiya)

B qrupu
“Araz” (Azərbaycan)
“Barselona” (İspaniya)
“Eyndhoven” (Hollandiya)
“Xrudim” (Çexiya)

C qrupu
“Sportinq” (Portuqaliya)
“İberiya Star” (Gürcüstan)
“Tırqu-Mureş” (Rumıniya)
“Dyor” (Macarıstan)

D qrupu
“Montesilvano” (İtaliya)
“Marka” (İtaliya)
“Slov-Matik” (Slovakiya)
“Uraqan” (Ukrayna)

Qeyd edək ki, elit-raund noyabrın 12-dən 20-dək olan müddəti əhatə edəcək.