Səlahət Ağayev: Rəqib qol vurursa, qapıçının səhvi var
11.10.2011 - 10:45
“Belçika ilə oyunda mütləq qələbə qazanmalı idik. Xüsusilə də birinci hissədə kifayət qədər qol epizodu yaratdıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının (U-21) qapıçısı Səlahət Ağayev deyib. Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Belçika yığmasını qəbul edən millimiz oyunun gedişində 2 top fərqi ilə irəli çıxsa da, bu üstünlüyünü sona qədər qoruya bilmədi. Fasiləyə qədər hesab arasındakı fərqi minimuma endirən qonaqlar ikinci hissədə tarazlığı bərpa etdi. Hətta rəqib qələbə qazanmağa da yaxın olsa da, bir neçə epizodda idman xoşbəxtliyi tərəfimizdə oldu. Buna baxmayaraq, cari seçmə mərhələdə ilk xalını qazanan U-21 yenə qrupda sonuncu pillədə qərarlaşıb.
Oyun ərzində buraxdığı qollara toxunan Ağayev istənilən halda qapıçının səhvinin olduğunu inkar etmir: “Rəqib qol vurursa, qapıçının səhvi var. Mən də komandama kömək etmək istəyirdim. Ancaq belə alındı. Hətta son dəqiqələrdə məğlub da ola bilərdik”.
İkinci hissədəki zəif oyun haqda da danışan futbolçu bunun arxayınçılıqla bağlı olduğunu bildirib: “Fiziki cəhətdən çatdıra bilməməyimizlə razı deyiləm. Ola bilsin, hesabda irəli olmağımız müəyyən qədər arxayınlaşmağımıza səbəb olmuşdu”.

0
0