“Bu tempdə davam etsək, uğur qazanacağımıza inanıram”
11.10.2011 - 10:56
Azərbaycan yığmasının milliləşdirilən türkiyəli futbolçusu Cihan Özkaranın apasport.az saytına müsahibəsi
- 21 yaşlılardan ibarət yığmamızın Belçika ilə ev oyunu haqda fikirlərinizi bilmək maraqlı olardı…
- Oyuna çox yaxşı başladıq. 3 xal qazanmaq üçün əlimizdən gələni etməyə çalışdıq. Birinci hissədə super oynadıq. İki qol vurduq və fasiləyə 2:1 hesabı ilə irəlidə yollandıq. Üstünlük tərəfimizdə idi. İkinci hissəyə qorxaq başladıq. 15-20 dəqiqəni itkisiz yola verməyə çalışdıq. Ancaq rəqib üzərimizə daha çox gəlməyə başladı. Nəticədə hesab bərabərləşdi. Oyun planında yaxşı olduğumuzu düşünürəm.
- İkinci hissəyə qorxaq başlamağınız nədən irəli gəlirdi?
- Bilirdik ki, Belçika üzərimizə gələcək, bizi təzyiq altında saxlamağa çalışacaq. Biz də maksimum dərəcədə qol buraxmamağa çalışdıq. Çox təəssüf ki, qələbə hesabını sona qədər saxlaya bilmədik. Ümumi götürdükdə, 1 xal da yaxşı nəticədir. Düşünürəm ki, qarşıdakı oyunlarda qələbə də qazanacağıq.
- Oyunun gedişində tez-tez süni oyundan kənar vəziyyətə düşürdünüz. Bu hələ də komandaya tam uyğunlaşmamağınla bağlı ola bilərmi?
- Yığma komandanın toplanışları çox uzun sürmür. Yəni istədiyin hər şeyi məşq prosesində yerinə yetirə bilmirsən. Həm də oyun ərzində 3 və ya 4 dəfə süni oyundan kənar vəziyyətə düşə bilərsən, amma bir dəfə də geridən çıxıb qol vurmaq şansın “yox” deyil. Bu gün mən qolumu vurdum və buna görə çox şadam. Komanda şəklində çox yaxşı mübarizə apardıq. Ötürmələr də əla idi.
- U-21-də yenilərdənsiniz. Komanda yoldaşlarınla anlaşmanız necədir?
- Anlaşma çox yaxşıdır. Hamımız yoldaşıq, bir-birimizə hörmətlə yanaşırıq. Bu çox superdir. Məşqlər də istənilən səviyyədə keçirilir.
- Yığma cari seçmə mərhələdə 4 oyun keçirib və cəmi 1 xal qazanıb. Bu göstərici səni qane edirmi?
- İlk iki oyunumuzu səfərdə oynadıq. İngiltərə çox güclü rəqibdir və onlar qrupun favoritidir. Belçikaya da məğlub olduq. Doğma meydanda isə ilk oyunumuzu Norveçə qarşı keçirdik. Çox yaxşı oynadıq, ancaq bunu hesabda əks etdirə bilmədik. Ancaq Belçika ilə qarşılaşmada həm yaxşı oynadıq, həm də qollar vurduq. Təəssüf ki, hesabı qoruya bilmədik. Bu şəkildə, tempdə davam edərsək, uğur qazanacağımıza inanıram.
- Sizcə, bu qrupda neçə xal toplaya bilərik?
- Belçika ilə qarşılaşmada ilk xalımızı aldıq. Bunun davamını gətirmək istəyirik. Əvvəlcədən proqnoz vermək istəmirəm, amma yaxşı olacağına inanıram.
- “Sivasspor”da işlər necə gedir?
- Hər şey qaydasında davam edir. Baş məşqçi adımı hər oyun ilk “18-liy”ə daxil edir. Son matçda meydana buraxdı. 15 dəqiqə komandama kömək etdim. Baş məşqçim şans verir, mən də onu dəyərləndirməyə çalışıram. Üzərimdə işləyirəm və çalışıram ki, ilk “11-lik”də yer alım.
- Bəs ilk “11-liy”ə düşə bilməməyiniz nə ilə bağlıdır?
- Komandaya yeni transfer olmuşam. Hələlik 5 oyun arxada qalıb. Təbii ki, indiki məqamda ilk “11-liy”ə düşməyim bir qədər çətindir. Ancaq buna yaxın olduğuma inanıram. Qarşıdakı oyunlarda ilk dəqiqələrdən meydana çıxmaq şansım var.
- “Sivasspor”un cari çempionatdakı hədəfləri nədir?
- Bu il hədəfimiz yüksəkdir. Baş məşqçimiz də yaxşıdır. İstəyirik ki, mövsümü ilk “8-lik”də qapayaq. Bunun üçün potensialımız var. Son matçlarda istəyimizə çatacağımızın mesajını verdik. “İstanbul Böyükşehir Bələdiyyəspor”, “Antalyaspor”, “Bursaspor”, “Ankaragücü” oyunlarında nəyə qadir olduğumuzu ortaya qoyduq. Çox yaxşı çalışırıq. Belə davam etsək, hədəflərimizə çatacağımıza inanıram.
- Son vaxtlar Türkiyə Superliqası daha çox oyun alqı-satqısı ilə gündəmdədir. Bu futbolçulara necə təsir göstərir?
- Tək bizə yox, bütün komandalara mənfi təsir göstərdi. Hazırlıq prosesləri uzandı. Ancaq biz baş məşqçimizə, o da bizə güvənir. Çalışdırıcımız mövsümə yaxşı başlamağımız üçün əlindən gələni etdi. Düzdür, istənilən kimi başlamadıq, ancaq hazırda 5 oyundan 7 xal toplamışıq. Oyun alqı-satqısı məsələsinin ortaya çıxması heç də yaxşı olmadı. Ancaq bu, futboldur.

0
0