Milli komandamız almanlara qarşı
11.10.2011 - 11:07
Milli komandamız almanlara qarşı
Oktyabrın 10-dan etibarən Almaniyanın Frankfurt şəhərində 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı başlayıb. Apasport.az saytının məlumatına görə, hazırlıq prosesi çərçivəsində oktyabrın 12-də yığmamız “Viktoriya Aşaffenburq”» klubunun müvafiq yaş qrupundan komandası ilə yoldaşlıq oyunu keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Mənbə: affa.az