Bəhruz Şirəliyev: Daha əvvəlki kimi baş məşqçi axtarışında deyilik
11.10.2011 - 11:16
Bakının “Rəvan” klubu yeni baş məşqçisi Vladislav Qədirovla bağlı qərar qəbul edib. Bu haqda apasport.az saytına klubunun vitse-prezidenti Bəhruz Şirəliyev məlumat verib. Onun sözlərinə görə, Bəhmən Həsənovun gedişindən sonra müvəqqəti olaraq baş məşqçi postuna gətirilmiş Qədirovu əvəzləmək fikrində deyillər: “O, ilk olaraq komandaya müvəqqəti baş məşqçi kimi təyin olunmuşdu. Amma sözsüz ki, sonradan qazanılan nəticə, 2 oyuna 2 qələbə fikrimizə təsirsiz ötüşmədi. Daha biz əvvəlki kimi baş məşqçi axtarışında deyilik”.
Şirəliyev komandanın hazırlığına da toxunub. O, bildirib ki, son nəticələrin ardından “Rəvan”da əhval-ruhiyyə yaxşıdır: “Komanda istirahətdən qayıdıb. Futbolçular baş məşqçinin rəhbərliyi altında məşqlərini davam ediblər”.
Qeyd edək ki, Qədirov SSRİ-nin yeniyetmələr ibarət yığmasının heyətində dünya çempionluğunu qazanıb. 41 yaşlı çalışdırıcı ötən mövsüm “Rəvan”ı I divizionda 2-ci yerin sahibi kimi Premyer Liqaya çıxarıb.

0
0