“Turan” daha bir futbolçu ilə yollarını ayırdı
11.10.2011 - 11:27
Bir müddətdir maliyyə problemləri ilə gündəmdən düşməyən “Turan”da sular durulmaq üzrədir. Apasport.az saytının məlumatına görə, Tovuz təmsilçisi məşqlərini bərpa edib, qarşıdakı oyunlara hazırlığını davam etdirməklə yanaşı, heyətə də “əl gəzdirir”. Belə ki, komanda daha bir futbolçu ilə yollarını ayırıb. Yayda komandaya dəvət edilən və baş məşqçi Əsgər Abdullayevin yoxlama oyunlarında sınadıqdan sonra transferinə razılıq verdiyi legioner Aleksandr Dublyeviçin xidmətinə ehtiyac duyulmayıb.
Çernoqoriyalı müdafiəçi ilə yolların ayrılmasında maliyyə də rol oynayıb. Belə ki, istənilən oyunu göstərməyən müdafiəçi komandada həm də yüksək ödənişli futbolçulardan idi. Buna görə də onunla komandada saxlamamağa qərar verilib.

0
0