Şimali İrlandiyanı Bakıya gətirməyə 2 namizəd
11.10.2011 - 11:38
Şimali İrlandiyanı Bakıya gətirməyə 2 namizəd
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Şimali İrlandiya yığması baş məşqçi axtarışlarına başlayıb. Apasport.az saytının məlumatına görə, bu posta hazırda 2 namizəd var. Bunlar 2004-07-ci illərdə də milliyə rəhbərlik edən Lourye Sançes və Maykl O’Nildir. Onlardan biri Avro-2012-nin seçmə oyunları başa çatan kimi baş məşqçi postundan ayrılacağını bəyan edən Devid Uortinqtonun xələfi olacaq. Onların hər ikisi hazırda klubda çalışır. Sançes İngiltərənin “Barnett”, rəqibi isə İrlandiyanın “Şemrok Rovers” klubunda işləyir.

Qeyd edək ki, Sançes baş məşqçi seçilərsə karyerasında ikinci dəfə Azərbaycan yığmasına rəqib olacaq. O, DÇ-2006-da yığmanın çalışdırıcısı kimi Bakıya gələrək 0:0 hesabı ilə kifayətlənmiş, Belfastda isə 2:0 hesabı ilə qalib gəlmişdi.