Mehman Allahverdiyev Əsgər Abdullayevin təklifini qəbul etmədi
11.10.2011 - 12:00
Azərbaycan Premyer Liqasında hazırkı fasilə müddətində keçirilməli olan “Turan” – “Kəpəz” oyunu baş tutmayıb. Apasport.az saytının məlumatına görə yığmanın oyunu ilə əlaqədar Premyer Liqada yaranmış fasilədən istifadə edən Gəncə təmsilçisi Tovuz klubu ilə Şəmkirdəki Olimpiya İdman Kompleksinin stadionunda yoldaşlıq matçı keçirmək istəyirdi. Tərəflər bu görüşün baş tutmasına razılıq versələr də, sonradan Əsgər Abdullayev heyətdəki zədəlilərin çoxluğunu əsas tutaraq, meydana əvəzedici komanda ilə çıxmaq istədiklərini bildirib. Bununla razılaşmayan Mehman Allahverdiyev yetirmələrinin gücünü öz klubunun əvəzediciləri ilə oyunda yoxlamağı üstün tutub.
0
0