İntizam Komitəsi Vaqif Cavadovun məsələsinə baxdı
11.10.2011 - 11:42
AFFA-nın İntizam Komitəsinin bugünkü iclasında Avro-2012-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan – Avstriya oyunundan sonra heç bir səbəb göstərmədən milli komandadan ayrılan Vaqif Cavadovun məsələsinə baxılıb. Apasport.az saytının məlumatına görə, hücumçu ilə bağlı qərarın millinin toplanışı başa çatandan sonra verilməsi məqsədəuyğun sayılıb. İntizam Komitəsi bu məsələ ilə bağlı milli komandanın baş inzibatçısının tam məlumatını aldıqdan sonra öz qərarını verəcək.
Qeyd edək ki, Vaqif 1:4 hesabı ilə uduzduğumuz Avstriya ilə oyunun 2-ci hissəsində Vüqar Nadirovla əvəzləndikdən sonra baş məşqçi Berti Foqtsa kəskin etirazını bildirmiş, ardından özbaşına düşərgəni tərk etmişdi.

0
0