AFFA 2 məşqçini cəzalandırdı
11.10.2011 - 12:13
AFFA 2 məşqçini cəzalandırdı
Bu gün AFFA-nın İntizam Komitəsinin yığıncağı keçirilib. Apasport.az saytının məlumatına görə, əsasən I divizionda bş verənləri müzakirə edən qurum 2 məşqçini cəzalandırmaqla diqqət çəkib.

“Bakılı” – “Göyəzən” matçının 73-cü dəqiqəsində qonaqların məşqçisi Elxan Muradov hakimə etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırılıb. Buna görə çalışdırıcı 1 oyunluq cəzalanıb və klubunu 100 manat ziyana salıb. Digər qərb təmsilçisi “Şəmkir” də məşqçisini itirib. “Qaradağ Lökbatan” – “Şəmkir” matçının 24-cü dəqiqəsində qonaqların məşqçisi Vüqar Əliyev hakimə etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırılıb. Onun da cəzası həmkarınkından fərqlənməyib: 1 oyun və 100 manat.