Futbolumuzun yubileyinə həsr olan film mükafat aldı
11.10.2011 - 12:47
Futbolumuzun yubileyinə həsr olan film mükafat aldı
Rusiyanın Lipetsk şəhərində “Atlant” idman filmlərinin VIII beynəlxalq festivalı yekunlaşıb. Apasport.az saytının məlumatına görə, hətta məşhur Milan festivalından çox, 27 ölkədən 101 filmin nümayiş etdirildiyi festivalda Azərbaycan fərqlənib. Futbolla bağlı 2 film mükafat alıb və hər ikisinin rejissoru qadınlardır. Ölkəmizdən Arzu Urşanın çəkdiyi “Yerə dəyən top göylərə də qalxır” sənədli filmi mükafata layiq görülüb. “Salnamə” studiyasının istehsalı “Olimpiya idealına sadiqlik” nominasiyasında laureat olub.

Qeyd edək ki, film Azərbaycan futbolunun 100 illik yubileyinə həsr olunub.