Cihan Özkara Avropada 1-ci, Cavid İmamverdiyev 3-cüdür
11.10.2011 - 13:02
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin fərdi göstəriciləri üzrə ümumi nəticələr açıqlanıb. Apasport.az-ın məlumatına görə, UEFA-nın rəsmi saytında açıqlamam statistikalarda Azərbaycan milli komandasının üzvləri də fərqləniblər.
Yığmamızın türk legioneri Cihan Özkara Avro-2013-ün seçmə oyunlarında hamıdan çox oyundankənar vəziyyətə düşüb. O, ofsayda düşən oyunçular arasında Avropa birincisidir – 9 dəfə.
Digər futbolçumuz Cavid İmamverdiyev də ilk “5-lik”də qərarlaşıb. Lakin o çərçivədən yan keçən zərbələrdə fərqlənib. Arxada qalan 4 matçda 7 dəfə hədəfdən yayınan yarımmüdafiəçi bu göstəricidə qitənin 3-cüsüdür.

0
0