“Sizin üçün Azərbaycanla oyun daha uğurlu alına bilərdi”
11.10.2011 - 15:14
“Sizin üçün Azərbaycanla oyun daha uğurlu alına bilərdi”
“Azərbaycan yığması bizimlə oyunda futbolçusu qırmızı vərəqə aldığına görə azlıqda qaldı. Bu fakt vəzifəmizi yerinə yetirmək işimizi yetərincə asanlaşdırdı”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Avstriya milli komandasının Villi Ruttenştayner deyib. Avro-2012-in seçmə mərhələsində son 2 oyununu postsovet məkanında keçirən avstriyalılar Bakının ardınca Astanaya səfər edib.

Yığmamıza “Dalğa Arena”da 4:1 hesabı ilə qalib gələn Ruttenştayner baş məşqçi əvəzi olduğu 2-ci görüşdə də qələbəyə iddialıdır. Ancaq o, Qazaxıstan paytaxtında keçirdiyi mətbuat konfransında bugünkü rəqibini qrupda turnir cədvəlində geri qaldığı millimizdən güclü saydığını bildirib: “Sizin üçün Azərbaycanla oyun daha uğurlu alına bilərdi. Mən həmçinin onu da bilirəm ki, siz də bizi yenməyi çox istəyirsiniz. Beynəlxalq miqyasda qiymətləndirməmək olmaz. Yığmanız xoşuma gəlir. Fikrimcə, sizin yığma Azərbaycandan güclüdür”.

Qeyd edək ki, qrup sonuncusu olan Qazaxıstan ötən ay millimizə Bakıdakı oyunda 2:3 hesabı ilə uduzub.