“Xəzər Lənkəran” keçmiş futbolçusunu geri qaytarır
11.10.2011 - 15:39
“Xəzər Lənkəran” keçmiş futbolçusunu geri qaytarır
“Xəzər Lənkəran” qışda heyətinə cəlb edəcəyi futbolçularla artıq danışıqlara başlayıb. Apasport.az saytının məlumatına görə, Lənkəran təmsilçisi keçmiş futbolçusu Manuel Skarlatake geri qaytarmağa çox yaxındır. Rumıniyalı baş məşqçi Mirça Rednikin sözlərinə görə, həmyerlisi yenidən “ağ-yaşıl” formanı geyinəcək.

Skarlatake artıq yarım mövsüm cənub təmsilçisinin uğurları üçün tər töküb. O, bu ilin qışında Buxarest “Dinamo”sundan icarə əsasında “Xəzər Lənkəran”a keçib və ötən çempionatın sonuna bu komandanın şərəfini qoruyub. Mövsümün sonunda ölkə kubokunu başı üzərinə qaldıran müdafiəçi yayda yenidən müqavilə ilə məxsus olduğu “Dinamo”ya dönüb. Hərçənd Avroliqanın “Makkabi” ilə oyundan öncə Rednik onu “Xəzər Lənkəran”a qaytarmağa cəhd göstərdi. Ancaq istəyinə nail ola bilməyən mütəxəssis bu dəfə 27 yaşlı futbolçu ilə razılıq əldə edildiyini və “transfer pəncərəsi” zamanı onunla müqavilə imzalanacağını bildirib.