Rauf Əliyev: Vaqif Cavadovun hərəkətini dəstəkləmirəm
11.10.2011 - 17:39
“Təəssüf ki, cəzalı olduğuma görə İstanbulda keçiriləcək Türkiyə - Azərbaycan oyununda iştirak etməyəcəyəm. Hazırda “Qarabağ”la məşqlərimi davam etdirirəm”.
Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının hücumçusu Rauf Əliyev deyib. Hücumçu Avstriya ilə ev oyununda cari seçmə mərhələdə 2-ci sarı vərəqəni almaqla, cəzalı olduğundan Bakıda qalıb. Digər hücumçumuz Vaqif Cavadov isə vacib oyun öncəsi milli komandadan imtina etmək qərarına gəlib. Odur ki, yığmamızın ön xəttində əsl qıtlıq yaranıb.
Ancaq Rauf hesab edir ki, bu boşluğu aradan qaldırmaq üçün baş məşqçi Berti Foqtsun əlində kifayət qədər imkan var: “Biz olmasaq da, Foqts meydançaya buraxmağa hücumçu tapacaq. Onun əlində Branimir Subaşiç kimi təcrübəli futbolçu var. Branimir seçmə mərhələdə az-az oynasa da, təcrübəsi ilə komandamıza kömək etməyə qadirdir. Fikrimcə, Foqts Subaşiçə şans versə, uduzmaz. Əlbəttə ki, “Türk Telekom Arena”da oynamaq mənim üçün fəxr olardı, amma cəzadan yayına bilmədim. Fikrimcə, biz hələ belə bir arena görməmişik. Oyunçuların belə bir arenada oynaması bizə mənfi təsir göstərməz. Belə stadionda oynamaq müsbət tərəfdir”.
O, inanır ki, millimiz böyük hesablı məğlubiyyətlə üzləşməyəcəklər:
“Məncə, futbolçular nəticənin qənaətbəxş olması üçün, əllərindən gələni əsirgəməyəcəklər. Çalışacaqlar ki, 1 həftə ərzində 2-ci böyük zərbəni almayaq”.
Rauf “Qarabağ” və yığmamızda komanda yoldaşı olduğu Vaqifin hərəkətinə də münasibətini ortaya qoyub: “Oyunlardan sonra futbolçunun vəziyyəti nəticədən asılı olaraq, dəyişir. Fikrimcə, Vaqif tələsik qərar qəbul edib. 1-2 aydan sonra bəlkə də fikrini dəyişdi. Amma bu, onun şəxsi qərarıdır. Mən Vaqifin yerində olsaydım, heç vaxt belə etməzdim. Çünki nəticədə zərər görən Azərbaycanın milli komandasıdır. Hadisədən sonra onunla danışmamışam. Vaqif dostum, qardaşım olsa da, onun bu hərəkətini dəstəkləmirəm. Gənc futbolçudur, Azərbaycan milli komandasına lazımdır”.
Qeyd edək ki, “Volqa” klubunda oynayan Cavadov hazırda Rusiyadadır.

0
0