‎Cehua Azərbaycanda qol hesabını açdı
11.10.2011 - 16:47
‎Cehua Azərbaycanda qol hesabını açdı
Azərbaycan Premyer Liqasında yaranan fasilədən yararlanan “Qəbələ” yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Toni Adamsın rəhbərlik etdiyi komanda I divizion təmsilçisi MOİK-lə görüşüb. Oyun “Qəbələ”nin üstünlüyü şəraitində keçib. Belə ki, matçda vurulan 5 qoldan 4-ə Adamsın yetirmələri imza atıblar. Deon Barton (2) və Murad Hüseynovun fərqləndiyi oyunda “Antalyaspor”un sabiq hücumçusu Serje Cehua da Azərbaycanda qol hesabını açmağa müvəffəq olub. Bu, seneqallı futbolçunun “Qəbələ”nin forması altında çıxdığı ilk oyundur.

Adams həmin oyunda aşağıdakı futbolçuların xidmətindən yararlanıb: Qrem Smit, Yaşar Abuzərov, Murad Musayev, Sergey Sokolov, Nodar Məmmədov, Bruno da Silva, Stiv Olfers, Veselko Trivunoviç, Nuran Qurbanov, Deon Barton (Ürfan Abbasov), Serje Cehua (Tərzin Cahangirov).