“Qarabağ” “Rəvan”la oyuna hazırlıqları davam etdirir
11.10.2011 - 15:44
“Qarabağ” “Rəvan”la Premyer Liqanın IX turunda baş tutacaq oyunun hazırlıqlarını davam etdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, oktyabrın 16-da çempionatın debütantını sınağa çəkəcək komanda bu gündən hazırlığa start verib.
Bu gün Ağdam təmsilçisinin ilk məşqi Suraxanı qəsəbə stadionunda baş tutub. Hazırlıqda Avro-2012-nin seçmə mərhələsi çərçivəsində bu gün Türkiyənin qonağı olacaq Azərbaycan millisinin üzvləri iştirak etməyib.
Dünən U-21-in düşərgəsindən dönənlərdən Tural İsgəndərov sadəcə qaçmaqla kifayətlənib. Osman Umarov və Kamil Hüseynov məşqdə iştirak etsə də, belçikalılarla oyunda zədələnərək sıradan çıxan Qara Qarayev çalışmalardan kənarda qalıb. Onun durumunun o qədər də ciddi olmadığı güman olunur. Eyni zamanda dekabra qədər sıradan çıxan Emin İmaməliyev də məşqlərə qatılmır.
“Qarabağ”ın 2-ci məşqi 17:00-a Suraxanı qəsəbə stadionunda nəzərdə tutulub.

0
0