Azərbaycanla oyun öncəsi Burak Yılmaz şoku
11.10.2011 - 15:50
Türkiyə milli komandasının Avro-2012-in seçmə mərhələsində Azərbaycan yığması ilə bugünkü ev oyununa start heyəti bəlli olub. Apasport.az saytının məlumatına görə, baş məşqçi Qus Hiddink qapıda Sinan Bolat, müdafiədə Sabri Saroğlu, Gökhan Zan, Egemen Korkmaz, Hakan Balta, yarımmüdafiədə Əmrə Belözoğlu, Mehmet Topal, Hamit Altıntop, Arda Turan, Kazım Kazım, hücumda Burak Yılmaza yer verəcəyi gözlənilir.
Ancaq Burakın zədə ilə bağlı problemi qardaş ölkədə şok effekti yaşadıb. Belə ki,
“Əskişəhərpor”la oyunda sağ ayağından xəsarət alan “Trabzonspor”un hücumçusuna millinin həkimləri tərəfindən uzun müddət müalicə almalı olduğu bildirilib. Yığmanın məşqindən sonra ayağına buz qoyan və axsayaraq avtobusa güclə gedən Yılmaz acı durumu üzündən oxunub. Onunla xatirə şəklini çəkdirmək istəyən azarkeşlərə ayağını göstərib, üzr istəyən hücumçu pərişan halda avtobusa minib.
Burakın millimizlə görüşdə meydana çıxmağı oyuna az qalmış dəqiqləşəcək. Yılmazı güclü futbolçu hesab edən türklər onun Almaniya ilə görüşdə çox böyük çətinliklə oynayaraq, bu axşam da meydana çıxacağını qeyd edirlər.
Qeyd edək ki, Türkiyə - Azərbaycan oyunu Bakı vaxtilə saat 22:00-da başlayacaq.

0
0