Emil Mpenza: Bundan sonra “Neftçi”nin çempionluq şansı artacaq
11.10.2011 - 17:11
“Ard-arda 3 oyundur ki, qələbə qazanırıq. Buna görə də “İnter”lə indi oynamağımız yaxşıdır”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin futbolçusu Emil Mpenza deyib.
Belçikalı hücumçu klubun rəsmi saytına Premyer Liqanın IX turunda keçiriləcək “İnter”lə oyun barədə fikirlərini açıqlayıb: “Asan olmasa da, inşallah, qalib gələcəyik. Artıq bundan sonra “Neftçi”nin çempionluq şansı daha da artacaq”.
Mpenza ötən mövsüm paytaxt təmsilçisinin qapısına yol tapdığını da xatırladıb: “Keçən mövsüm “İnter”ə qol vurmuşam. Çalışacağam ki, rəqibi yenə də məyus edim. Amma əsas olan komandanın qələbəsidir, mənim və ya başqa bir futbolçumuzun fərqlənməsinin fərqi yoxdur”.

0
0