Daha bir futbolçumuz yığmadan imtina edir
12.10.2011 - 00:00
Daha bir futbolçumuz yığmadan imtina edir
Milli komandada oynamaqdan boyun qaçıraraq, yığmanın düşərgəsindən ayrılan Vaqif Cavadov digər futbolçulara pis nümunə olub. Apasport.az saytının məlumatına görə, 22 yaşlı hücumçudan ilk örnəyi Elnur Allahverdiyev götürüb.

Türkiyə ilə İstanbuldakı matçda meydana çıxmamağından narazı qalan müdafiəçi belə getsə, yığmadan imtina edəcəyini bildirib: “Berti Foqts bir də məni ehtiyatda saxlasa, yığmadan imtina edəcəyəm. Onunla söhbətim olacaq. Əgər məni oynatmırsa, milli komandaya çağırmasın”

Qeyd edək ki, Cavadov 4 gün əvvəl Avstriya ilə qarşılaşmada əvəzləndiyindən narazı qaldığından yığmanın düşərgəsini özbaşına tərk edib.