Yarım saatdan 1 zərbə vuran millimiz
12.10.2011 - 11:50
Yarım saatdan 1 zərbə vuran millimiz
Azərbaycan milli komandası Avro-2012-nin seçmə mərhələsinin son oyununda zəif təsir bağışlayıb. Apasport.az saytının məlumatına görə, yığmamız matç boyu rəqib qapısına cəmi 3 zərbə endirə bilib. Bunların da yalnız 2-si hədəfə düşüb. Türkiyənin qapısına hər yarım saatdan 1 zərbə endirən milimiz orta hesabla hər hissədə 1 künc zərbəsi və 1 dəqiq zərbə ilə fərqlənib.

Türkiyə Azərbaycan
1Qollar0
8Çərçivəyə zərbələr2
6Qeyri-dəqiq zərbələr1
8Künc zərbələri2
9Qayda pozuntuları8
0Sarı vərəqələr0
0Qırmızı vərəqələr0