Yığmamızın oyunları Latviya və Rumıniyadan olan hakimə tapşırıldı
13.10.2011 - 11:08
Yığmamızın oyunları Latviya və Rumıniyadan olan hakimə tapşırıldı
17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığmasının mübarizə aparacağı VII qrupun oyunlarını idarə edəcək hakimlər müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yığmamızın oyunlarından 2-ni latviyalı Andris Treymanis, 1-ni isə rumıniyalı İştvan Kovaç idarə edəcək. Təbriz Həsənovun yetirmələri bu matçlarda elit raunda vəsiqə uğrunda Xorvatiya, Belçika və Ukrayna ilə mübarizə aparacaq.

25 oktyabr

18:30. Xorvatiya – Azərbaycan
Baş hakim:
Andris Treymanis (Latviya)
Rovinj, Valbruna stadionu

27 oktyabr

18:30. Belçika – Azərbaycan
Baş hakim:
İştvan Kovaç (Rumıniya)
Umaq, Qradski stadionu

30 oktyabr

18:30. Azərbaycan – Ukrayna
Baş hakim:
Andris Treymanis (Latviya)
Poreç, Veli Joze stadionu

Qeyd edək ki, oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.