Türkiyə - Azərbaycan matçındakı qalmaqal yeni müzakirə mövzusu oldu
13.10.2011 - 11:23
Türkiyə millisinin Avro-2012-in seçmə mərhələsində Almaniya və Azərbaycanla “Türk Telekom Arena”da oyunları zamanı tribunalarda yaşanan mənfi hallar yeni müzakirə mövzusu açıb. Apasport.az saytının məlumatına görə, azarkeşlərin davranışlarındakı problemlər millinin oyunlarının İstanbulda keçirilməməyi fikrini ortaya atıb.
Belə ki, son 2 görüşə milli forması yerinə klubların formaları ilə gələnlər hər kəsi düşündürdü. Almaniya və Azərbaycanla oyunlar bir daha Türkiyə futbolunda ən böyük problemlərdən birinin milli komanda tərəfdarının olmamağını göstərib və tribunalarda klub hegemonluğu diqqətdən qaçmayıb.
Bəzi azarkeşlərlə problem yaşayan “Fənərbaxça”nın və Türkiyə yığmasının əsas qapıçısı Volkan Dəmirəl çıxış yolunu Anadoluda oynamağı görür: “Türk Telekom Arena”, “Şükrü Saracoğlu” və ya “İsmət İnönü”nün hansında oynadığımız çox da önəmli deyil. Harada oynayırıqsa, hər yerdə eyni sıxıntını çəkirik. Problemin ən yaxşı həlli milli matçlarımızı Anadoluda keçirməkdir”.
Türkiyə yığmasının digər futbolçuları – İbrahim Toraman, Sərkan Balçı və Həmit Altıntop da Volkanın fikirlərini dəstəkləyib. Sərkan hesab edir ki, Anadoluda “ay-ulduzlular”a inanılmaz sevgi var və futbola aclığı olan tərəfdarlar qarşısında oynamaq həyəcan verir. Hamit isə bildirib ki, millinin oyunçusuna öz azarkeşi tərəfindən etiraz edilirsə, konsentrasiya itirilir, Anadoluda isə futbol atəşi olan insanlar qarşısında oynaya bilərlər.

0
0