“Mən eşşək, alçaq adam deyiləm ki...”
13.10.2011 - 11:35
Türkiyəli şərhçi Rıdvan Dilmən Türkiyə - Azərbaycan oyununun gedişində səsləndirdiyi fikirlərə görə “Trabzonspor” klubundan üzr istəyib. Onun “Avrokuboklarda yalnız “Beşiktaş” qalıb” deməsi, trabzonlular tərəfindən ciddi narazılıqla qarşılanıb.
Amma məşhur şərhçi “Trabzonspor” rəhbərliyinin açıqlamalarını doğru saymır: “Matç zamanı belə bir söz deməyimi xatırlamıram. Bir anlıq fikrim özümdə olmayıb və belə bir cümlə işlətmişəm. “Trabzonspor”un açıqlamalarına çox üzüldüm və klubdan üzr istəyirəm. Bu komandaya qarşı heç bir mühakiməm yoxdur. Mən kiməm ki, bu klubun qarşısına keçim? Bəyəm eşşəyəm ki, bu qədər axmaq rəftar edim? “Fənərbaxça”nın Çempionlar Liqasına getməməyinə üzüldüyümü inkar etməyəcəyəm. Ancaq “Trabzonspor”un uğurları ilə qürur duyuram. Alçaq bir adam deyiləm ki, bu qədər sadə və dayaz düşünüm. Mənə qarşı hörmətsiz danışanlardan deyil, ancaq “Trabzonspor” və tərəfdarlarından üzr istəyirəm”.
Qeyd edək ki, oyun alqı-satqısında iştirakına görə Çempionlar Liqasının qrup mərhələsinə buraxılmayan “Fənərbaxça”nın yerinə “Trabzonspor” çıxış edir və 2 turdan sonra qrupunda vahid liderdir.

0
0