Azərbaycan çempionunun “Barselona” ilə görüşünün vaxtı dəqiqləşdi
18.10.2011 - 14:24
Azərbaycan çempionunun “Barselona” ilə görüşünün vaxtı dəqiqləşdi
Futzal üzrə UEFA kubokunun elit mərhələsində “Araz” klubunun keçirəcəyi oyunların vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu qrupda əsas rəqibi olan İspaniyanın “Barselona” ilə sonda görüşəcək. Buna qədər 2 gün dalbadal meydana çıxacaq “Araz” istirahətdən sonra adlı-sanlı komanda ilə meydana çıxacaq. Oyunlar Barselona şəhərində keçiriləcək.

17 noyabr

21:30: “Araz” – “Eyndhoven” (Hollandiya)

18 noyabr

21:45. “Era Park Xrudim” (Çexiya) – “Araz”

20 noyabr

20:00. “Araz” – “Barselona” (İspaniya)

Qeyd edək ki, oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.