“Liverpul”un əfsanəsi Azərbaycana qarşı
18.10.2011 - 15:38
“Liverpul”un əfsanəsi Azərbaycana qarşı
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Şimali İrlandiya yığmasının baş məşqçi postuna namizədin adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, britaniyalılar İngiltərə “Liverpul”unun əfsanəsi Robbi Faulerlə danışıqlara başlayıblar.

1993-2001-ci illərdə mersisaydlıların heyətində oynamaqla məşhurlaşan 36 yaşlı Fauler istefaya göndərilən Naycel Uortinqtonu əvəzləməyə iddialıdır. Hazırda Tailandın “Muanqtonq Yunayted”in oynayan baş məşqçisi olan ingilis yayda oxuduğu məşqçilik kurslarından sonra yığmada çalışmaq fikrindədir.

Qeyd edək ki, heyətində 275 matça 132 qol vurduğu “Liverpul”la yanaşı “Lids”, “Mançester Siti”, “Blekbern” kimi məşhur klublarda, həmçinin Avstraliya və Tailandda oynamış Fauler İngiltərə milli komandasında 26 oyun keçirib 7 qol vurub.