“O, yığmada çalışmaqda maraqlıdır”
18.10.2011 - 16:43
“Mən Robbi ilə söhbət etmişəm. O, Şimali İrlandiya yığmasında çalışmaqda maraqlıdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Şimali İrlandiya milli komandasının futbolçusu Uorren Finni deyib.
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan britaniyalılar baş məşqçi postunu tərk edən Naycel Uortinqtona əvəzləyici axtarırlar. Bu posta əsas namizəd olan Robbi Faulerlə “Kardiff Siti”də çiyin-çiyinə oynamış Uorren ingiltərəli ilə çalışmağın əleyhinə deyil: “Fauler gəncdir, iddialıdır. Ən əsası isə inanır ki, Şimali İrlandiya yığması ilə taleyini dəyişəcək. Robbi Tailanda da məşhurlaşıb. Ancaq Şimali İrlandiyada daha qabağa gedə bilər”.

0
0