Anar Salmanov Avropa çempionatının seçmə mərhələ oyunlarını idarə edəcək
18.10.2011 - 16:49
Azərbaycanlı FİFA hakimi Anar Salmanov yeni təyinat alıb. Apasport.az saytının məlumatına görə, 31 yaşlı referi 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının (AÇ) ilkin seçmə mərhələsi çərçivəsində noyabrın 8-dən 13-dək İsraildə keçiriləcək V qrupun 2 oyununu idarə edəcək. Bu qrupda daha bir təmsilçimiz isə FİFA hakim-köməkçisi Mübariz Haşımov olacaq.
Qeyd edək ki, V qrupda İsrail, Serbiya, Litva və Çexiya yığmaları çıxış edəcək.
Mənbə: affa.az
Qeyd edək ki, V qrupda İsrail, Serbiya, Litva və Çexiya yığmaları çıxış edəcək.
Mənbə: affa.az
0
0