Dünya çempionatının rəsmi maskotu şagirdlərlə görüşdü
20.10.2011 - 16:35
Dünya çempionatının rəsmi maskotu şagirdlərlə görüşdü
Bu gün FIFA U-17 qadınlararası dünya çempionatının yerli Təşkilat Komitəsinin PR, media və kommunikasiya üzrə departamentinin işçiləri Bakı Avropa litseyində “Futbolda komanda işi” mövzusu üzrə təlim keçiriblər. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, təlimin əsas məqsədi litsey şagirdlərinə 2012-ci ildə sentyabrın 22-dən oktyabrın 13-dək keçiriləcək FIFA U-17 qadınlararası dünya çempionatı haqqda ətraflı məlumat vermək və futbolda komanda işinin xüsusiyyətlərindən danışmaq olub.

Dünya çempionatının rəsmi maskotu (talisman) da şagirdlərlə görüşdə iştirak edib.

Xatırladaq ki, 2012-ci il sentyabrın 22-dən oktyabr 13-dək Azərbaycanda FIFA U-17 qadınlararası dünya çempionatı keçiriləcək.