Kor da bilir ki, balıq şordur və ya kimdir haqlı?
20.10.2011 - 16:58
Azərbaycan yığmasının Avro-2012-nin seçmə mərhələsindəki son oyunlarından sonra gündəmi 1 məsələ zəbt etdi. Bu da baş məşqçi Berti Foqtsdan narazı olan Vaqif Cavadovun millidən imtinası idi. Komandanın düşərgəsini özbaşına tərk edən 22 yaşlı hücumçu artıq AFFA tərəfindən cəzasını da alıb.
Apasport.az saytı adi oxucularının, futbolu sevən insanların məsələyə münasibətini öyrənməyi də vacib sayır. Bu üzdən facebook səhifəmizdə “Kim haqlıdır: Berti Foqts, yoxsa Vaqif Cavadov” statusu ilə onların da fikrini öyrəndik. Təbii ki, hər 2 tərəfi günahkar çıxaranlar da oldu, müdafiə edənlər də.
Foqtsu layiq olmadığı pulları qazanmaqda, Cavadovu az qala vətənə xəyanətdə ittihamlar da var. Təbii ki, onlar arasında futbolçularımızın ümumi səviyyəsini ifadə edən fikirlər də yer alıb. Oradakı fikirləri olduğu kimi sizə təqdim edirik.
Kamran Hacı: Məncə, hər ikisi sonradan ortaq məxrəcə gələ bilərdi.
Elgiz Abbasov: Vaqif səhv edib, amma, məncə, "Foqtsda günah yoxdur" demək də olmaz.
Emin Allahverdi: Vaqif Cavadov! Bunu sorğu kimi keçirmək olardı. Berti Foqts bir iş görərdi, sonra da haqlı çıxardı. 3 ilə nə dəyişdi ki? Yəni elə güclü yığma qurub ki, Vaqif Cavadov ona layiq deyil? Vaqif millidə oynamalıdır.
Rasim Lənkəranlı: Vaqif. Berti aldığı pula layiq məşqçi deyil.
Limanda Öpüşərik: 2-si də eyni ağıldadır.
Kamil Kazimoff: Berti Foqts. Söhbət yerli, ya da əcnəbidən getmir. Komandada bir böyük olmalıdır. O da bas məşqçidir. Nə desə o da olmalıdır. Teveslə Mançinini götürək, hansı haqlıdır? Berti Foqts əlindən gələni edib də. Bundan əvvəlkilərdən yaxşıdırsa, demək nəsə edib. Daha oyunçuların yerinə də çıxıb təkbətək epizodu qol vurası, ya da ki, hansısa “lom”un yerində oynayıb, lazımsız qırmızı vərəqə almayası deyil ki. Taktikanı qurur, vəziyyətlər alınır, bizim “lom”lar vura bilmir. Ya da lazımsız penaltilər edirlər, lazımsız qırmızı vərəqələr alırlar. Estonlar lazımsız penaltilər edib, lazımsız qırmızı vərəqələr almırlar. Əllərinə düşən imkanlardan maksimum istifadə edirlər. Gözləri də yaxşı görür, öz oyunçularını qoyub rəqibə topu atmırlar. Elə komandanı çalışdırmağa çox pul ödəməyə dəyməz. Amma bizim “lom”ları başa salmağa 95000 avro nədir ki? Mən Foqtsun yerində olsam, 1 milyon istəyərəm.
Nizami Əhmədov: Heç biri. Məncə məşqçi dəyişilməlidir, Vaqif də ki, haqlı olaraq 1 illik millidən uzaqlaşdırılıb. Mənə elə gəlir ki, milli üçün hələlik 3-4 səviyyəli əcnəbi gətirmək lazımdır.
Hüseyn Qəhrəmanlı: Berti Foqts.
Pərviz Babazadə: Berti Foqts.
Namiq Musayev: Berti müəllim.
Bəhruz Xəlilov: Berti Foqts.
Ramil İsayev: Foqts özü bilmir nə edir!
Əziz Yaqubzadə: Heç biri.
Üzeyir Qasımzadə: Foqts.
Fərrux Həsənov: Vaqif axırıncı oyunlarda pis oynayır. Bertinin də getmək vaxtıdır. 95000 avro verirsən, amma nəticə yoxdur. Estoniyanın baş məşqçisi nə qədər pul alır? Bilən var?
Anar Əliyev: Hər ikisinin günahı var.
Murad Hacızadə: Berti Foqts haqlıdır.
Fərrux Həsənov: AFFA nə gözləyir? Vaqifə verilən cəzanı normal qəbul edirəm. Məncə, milliyə Qurban Qurbanov ya da Arif Əsədov gəlməlidir.
Pərviz Məmişov: Bu söhbətdə Berti Foqts haqlıdır. Azərbaycan - Avstriya matçında Vaqif zəif oynadı. Foqts nə etsin? Kim zəif oynayırsa, onu çıxarmalıdır. Burda Vaqifin millinin düşərgəsini tərk etməyi artıq hərəkət idi. Amma Vaqif çox yaxşı oyunçudur. Millinin ona ehtiyacı var.
Vüqar Məmmədov: Nə oyunçudur e Vaqif Cavadov.... Həm də bu hərəkəti elə onun peşəkarlığının səviyyəsini göstərir. Həmin oyunda bir qol sırf onun ucbatından vuruldu. Şəxsən mən eləsinin yığmada oynamağını heç istəmərəm. Guya Cavadovun yerində deyək ki, Vüqar Nadirov oynasaydı, 14:1 uduzacaqdıq? O kimdir ki, yığmadan imtina edir? Kim nə deyir desin, bu, döyüş meydanında komandirin səhv qərarına görə Vətəni qoyub qaçmaq kimidir. Hərçənd ki, komandir də məncə, səhv qərar verməyib.
Orxan İsayev: Futbolçu oynaya bilmirsə, Berti Foqts nə etsin? Mən bilmirəm bu Vaqifi, Çertoqanovu və Rail Məlikovu niyə oynadırlar. Göz qabağındadır ki, onlar ancaq oyuna mənfi təsir göstərirlər. Vaqif topun üstündən o yana, bu yana atlanır, sonra da topu atır geriyə. Çertoqanov heç ona ötürülən topu saxlaya bilmir, hələ öz ötürdüklərindən danışmıram. Rail də ki, heç nə, ancaq hücumçuları müşahidə edir. Sanki topa toxunsa, onu yeyəcəklər. Rəşad Sadiqov, Vüqar Nadirov, Murad Hüseynov niyə əsas heyətdə yer almır, mənə çatmır. Nə isə... O ki, qaldı Vaqifə, o əgər belə hərəkət edibsə, mən inanıram ki, müharibə başlasa ermənilər tərəfə də keçər.
İlqar Xaliqov: Məşqçinin sözünə qulaq asmaq futbolçunun müqaviləsində yazılan maddədir. Mənə görə məşqçi haqlıdır.
Elçin Sultanov: Kor da bilir ki, balıq şordur. Oyun da göstərdi ki, Vaqif yaxşı oynamadı.

0
0